c3324db5-ca25-4cd6-a691-d247a8db4864.webp

2-ci Ordu Korpusunun komandiri dəyişdi, Mayis Bərxudarov sərəncama götürüldü

Baxış sayı: 268 dəfə baxılıb.

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, general-mayor Vilayət Bərxuda oğlu
Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mayis Bərxudarov icra
edirdi. O, hazırda sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük
Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox
yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət
Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

Source link