1186ac9a-04c8-4a56-97e5-8e6e7af7ff82..jpg

2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “Büdcə xərclərinin inzibati təsnifatı”na daxil edilib

Baxış sayı: 513 dəfə baxılıb.

2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “Büdcə xərclərinin inzibati
təsnifatı”na daxil edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr
2018-ci il tarixli, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının
“Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə
bağlı bəzi tədbirlər haqqında” 29 oktyabr 2020-ci il tarixli və “Dövlət
büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul
2011-ci il tarixli və qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və
İdarəetmə Xidməti “Büdcə xərclərinin inzibati təsnifatı”na və “Dövlət
informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na
daxil edilib.

Bundan sonra qurumun nəqliyyat vasitələrinə “Dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici
kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi
təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik,
xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və
istismar xərclərinin Normaları” tətbiq ediləcək.

Source link