0e5e7e2e-1bd3-44ba-9e56-53a3f9a5bcd1..jpg

20 min manat borca görə qəssab həbs edildi

Baxış sayı: 662 dəfə baxılıb.

20 min manat borca görə qəssab həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs
edilib.

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən
“Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev
(şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan
verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın
vəsaiti vermədiyini bildirib.

Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə
göndərilib və məhkəmənin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi
ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli
müddət boyun qaçırıb.

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü,
qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə Abşeron Rayon
Məhkəməsində baxılıb.

Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs
cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Source link