20 yaşlı futbolçu davada bıçaqlanıb öldü

Baxış sayı: 2. 273 dəfə baxılıb.

20 yaşlı futbolçu davada bıçaqlanıb öldü

Yamaykanın qadınlardan ibarət futbol yığmasının üzvü Taraniya Klark paytaxt Kinqstonda baş vermiş davada öldürülüb. Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, 20 yaşlı Klark mobil telefon üstdə başqa bir qadınla baş verən qarşıdurmada bıçaqlanıb. Futbolçunu xəstəxanaya çatdırsalar da, onu həyata qaytarmaq mümkün olmayıb.

Qeyd olunur ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Klark Yamayka yığmasının tərkibində üç oyun keçirib. Bu oyunlarda iki qol vurmağa nail olub. O, həmçinin kapitanı olduğu “Uoterhaus” klubunda da çıxış edib.