ABŞ-da 35 ştatdan olan 197 nəfər salatdan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edib, onlardan beşi ölüb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Associated Press” agentliyi məlumat yayıb.
Zəhərlənməyə səbəb Arizona ştatında hazırlanan salat olub, 89 nəfər xəstəxanaya qəbul olunub. Salatda bağırsaq infeksiyasının olduğu bildirilib.
Ekspertlər qeyd ediblər ki, salatın istifadə müddəti altı həftə əvvəl bitib, yeni zəhərlənmələr haqqında məlumatlar yayılıb.