200 manatlıq əskinaslar dövriyyədə

200 manatlıq əskinaslar dövriyyədə

Baxış sayı: 1. 998 dəfə baxılıb.

Artıq “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.  

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı məlumat bank tərəfindən verilib. 

Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək. 

Hazırda 200 manatlıq əskinaslar ABB-nin baş ofisindəki, Səbail, Nəsimi, Mərkəzi filiallarındakı, “Port Baku” və “SOCAR Tower” ofislərindəki bankomatlara paylanılıb. Yaxın vaxtlarda bu əskinasları ABB-nın bütün bankomatlarından əldə etmək mümkün olacaq.

Əli Məmmədov
www.ÇıxışYolu.Com