1b3e1ac1-bf18-4492-9d26-4c6651a72c57..jpg

2005-ci ilin görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq əlaqələrinin müzakirəsi – VİDEO

Baxış sayı: 606 dəfə baxılıb.

2005-ci ilin görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq
əlaqələrinin müzakirəsi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran
qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.

Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla
dostluğun davam etməsi müzakirə olunur. Amma sakinlər buna etiraz edir,
qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan
yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu
bildirir:

“Mən öz bildiyimi, gördüyümü deyirəm. Ağdamda mən avtomobil qəzasına
düşmüşdüm. Bir azərbaycanlı maşınımı öz həyətində gizlətdi ki, yol polisi
tutmasın. Bu olub! Məgər bu, dostluq deyil? Bunu partiya əmr etmişdi?”

Bu zaman yanındakı erməni bunun dostluq deyil, sadəcə, zərərçəkənə kömək
olduğunu deyir. Sakin isə öz sözünün üstündə duraraq həmin qonşusundan soruşur:

“Məgər düşmən düşmənə kömək edər?”

Source link