2017-ci ildə dövlət büdcəsindən elmə ayrılan vəsait məlum oldu

2017-ci ildə dövlət büdcəsindən elmə ayrılan vəsait məlum oldu

Baxış sayı: 2. 213 dəfə baxılıb.

2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə gənclərin ali təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılıb:

“2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib və onlarda 167677 tələbə ali təhsil alıb ki, bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir.

Bu dövr ərzində sosial-iqtisadi həyatda baş verən dəyişikliklər elmi müəssisələrin fəaliyyətinə də öz təsirini göstərib.

Təsadüfi deyil ki, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır. Əgər 2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olub.

2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur”.

.
www.ÇıxışYolu.Com