2020-ci ilin noyabrından bu yana 340 Azərbaycan vətəndaşı mina qurbanı olub –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina
qurbanı olub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının
xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki
səhifəsində dərc etdiyi infoqrafikada deyilir.
İnfoqrafikada qeyd olunub ki, göstərilən müddət ərzində mina partlamalarından
65 nəfər ölüb, 275 nəfər isə yaralanıb.
2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan
50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164
hərbçi yaralanıb.
Landmine victims of Azerbaijan as of 8 December 2023.
pic.twitter.com/RMfeY0QVIq
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 8, 2023