dc7f0bef-1331-478d-983b-fb449e948f8a..jpg

2021-2023-cü illərdə azad edilmiş ərazilərə büdcədən ayrılan vəsaitin məbləği açıqlanıb

Baxış sayı: 1. 118 dəfə baxılıb.

2021-2023-cü illərdə azad edilmiş ərazilərə büdcədən ayrılan vəsaitin məbləği
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə təqribən 32 milyard manat
məbləğində vəsait tələb olunur. 2021-2023-cü illərdə dövlət büdcəsindən bu
məqsədə 12,1 milyard manat vəsait ayrılıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti
haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2023-cü ildə də işğaldan azad edilmiş ərazilərin
yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası
istiqamətində işlər sürətlə davam etdirilib, bu ərazilərdə Azərbaycan
Ordusunun, fövqəladə hallar, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin
edilməsi, ərazilərdə minatəmizləmə tədbirlərinin təşkil olunması, habelə su,
elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun
qurulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad
olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub.

Ötən il dövlət büdcəsindən azad edilmiş ərazilərin yenidən qurulması üçün 5
milyard 588 milyon manat vəsait ayrılıb.

Source link