98a8974c-433c-4a15-ba7c-9a0aa86e4902..jpg

2022-ci il Azərbaycanda və dünyada nələrlə yadda qaldı? – FOTO/VİDEO

Baxış sayı: 831 dəfə baxılıb.

2022-ci il Azərbaycanda və dünyada nələrlə yadda qaldı? – FOTO/VİDEO

2022-ci illə vidalaşırıq. Bununla əlaqədar olaraq ötüb-keçən ilin Azərbaycan
və dünya üçün əhəmiyyətli hadisələrindən bəzilərini sizə xatırlatmaq qərarına
gəldik.

İlk olaraq qeyd edək ki, BMT-nin qərarı ilə kiçik balıqçılara, balıqçılıq
təəsrrüfatlarına dəstək vermək məqsədilə 2022-ci il Beynəlxalq Balıqçılıq və
Akvakultura ili elan olunmuşdu.

Azərbaycanda isə Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının
qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı 2022-ci ilŞuşa İli elan olunub.

Yanvar

2 yanvar – Qazaxıstanda bazar qiymət mexanizminə keçidlə əlaqədar maye qazın
qiymətində yanvarın 1-də kəskin artım oldu. Bununla əlaqədar bir gün sonra
ölkəboyu kəskinaksiyalar başladı (sonradan bu
etirazlar “Yanvar Hadisələri” və ya “Qanlı Yanvar” kimi tanındı). Nümayişlər
iqtisadi tələblərdənsiyasi tələblərə keçdi. Bu
hadisələr nəticəsində ölkədə baş nazir də daxil olmaqla səkkiz nazir, dövlət
katibi, parlamentin Aşağı Palatasının sədri dəyişdi, Nursultan Nazarbayev hakim
“Nur Otan” partiyasının lideri vəzifəsini və Qazaxıstan Təhlükəsizlik Şurasında
postunu itirdi (Onu Kasım-Jomart Tokayev əvəzlədi).

13 yanvar – Şahzadə Endryu titullarından və “Əlahəzrət” adından məhrum edildi
.

14 yanvar – Tonqa vulkanında (Hunqa-Tonqa-Hunqa-Haapai) püskürmə. Son min ilin
ən güclüsü hesab edilən təbiət hadisəsi
nəticəsində yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurdu.
Kül sütunu isə 58 kilometr hündürlüyə qalxaraq stratosferə çatdı. Bundan əlavə,
püskürmə beş nəfərin ölümünə səbəb olan sunami ilə nəticələndi.

23 yanvar – Ermənistan prezidenti Armen Sarkisyan istefaya
yollandı.

Fevral

4-20 fevral – Pekində Qış Olimpiya Oyunları
keçirildi. Azərbaycanı bu yarışda bir idman növü üzrə iki idmançı – fiqurlu
konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova – təmsil etdi.Litvintsev
yarışı 24 idmançı arasında 18-ci yerdə (239,19
xalla) başa vurdu.Yekaterina Ryabova 179,97 xalla
olimpiadanı 15-ci yerdə bitirdi.

24 fevral – Rusiyanın Ukraynaya hücumu. Kiyev
vaxtı ilə təxminən səhər saat 5-də başlayan hücumda Rusiya qoşunları Ukrayna
ərazisinə Rusiya, Krım və Belarusdan daxil olub.

Mart

13 mart – Vaaqn Xaçaturyan Ermənistanın
prezidenti vəzifəsinin icrasına başladı.

18 mart – Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik asma körpü
açıldı. Çanaqqala boğazından keçən körpü “1915 Çanaqqala körpüsü
” adını aldı. 2017-ci il martın 18-də inşasına
başlanılan yeni körpü 2 023 metr uzunluğunda mərkəz açıqlığına malikdir.
Altızolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu isə 4 608 m-ə
çatır.

21 mart – Kunmin-Quançjou marşrutunu həyata keçirən “China Eastern Airlines”a
məxsus “Boeing 737” sərnişin təyyarəsi Ten qraflığındaqəzaya uğrayıb
. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz
ekipaj üzvü olub. Son məlumatlara görə, istintaq tamamlanmayıb.

26 mart – Fərrux kəndi Azərbaycan Ordusunun
tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə
Ağdam şəhəri və rayonun doqquz kəndi düşmənin vizual nəzarətindən çıxarılıb,
Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.

Aprel

10 aprel və 24 aprel – Fransada prezident seçkisinin birinci və ikinci turu.
Yekunda “En Marche!” (“İrəli!”) hərəkatının lideri Emmanuel Makron Fransada
prezident seçkisində 66,06% səs toplayaraqqalib gəlib
.

May

10-14 may – “Avroviziya” mahnı yarışı. Turində (İtaliya) keçirilən 66-cı mahnı
müsabiqəsində 40 ölkə iştirak edib.Müsabiqənin qalibi
“Stefaniya” mahnısı ilə “Kaluş Orkestri”
qrupunun təmsil etdiyi Ukrayna olub. Azərbaycanı “Fade To Black” mahnısı ilə
təmsil edənNadir Rüstəmli 106 səslə müsabiqədə
16-cı yeri tutub.

İyun

5 iyun – Qazaxıstanda Konstitusiya referendumu
keçirilib.

22 iyun – Əfqanıstanın Paktika və Xost vilayətlərində 6,1 bal gücündə zəlzələ
baş verib. Təbii fəlakət nəticəsində 1 500 nəfər
həlak olub, 2000-dən çox insan yaralanıb.

İyul

7 iyul – Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas
ideoloqlarından biriBoris Conson Böyük
Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən
istefa verdi.

8 iyul – Yaponiyanın keçmiş baş naziri Şinzo Abe
seçki proqramı çərçivəsində Nara şəhərində insanlar qarşısında çıxış edərkən
sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət
edən Tetsuya Yamaqami olduğu üzə çıxıb. Hücumçu saxlanılıb.

31 iyul – ABŞ Əfqanıstanda “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirini
məhv edib. ABŞ “Əl-Qaidə” liderini itki vermədən
necə məhv etdiyini açıqlayıb. Əməliyyatın uğurlu olmasının səbəblərindən biri
də terrorçunun vərdişlərinin öyrənilməsi olub. Mənbənin bildirdiyinə görə,
iyulun 31-də Günəş çıxandan bir saat sonra Ayman əz-Zəvahiri Kabilin
mərkəzindəki evin eyvanına çıxıb. ABŞ iki raket zərbəsi ilə 71 yaşlı terrorçunu
öldürüb. Raket zərbələrinə baxmayaraq, terrorçunun həmin vaxt evdə olan arvadı
və qızı xəsarət almayıblar. Həmçinin xüsusi tipli raketlər sayəsində də bu
əməliyyatı uğurla tamamlamaq mümkün olub.

Avqust

2 avqust – Nensi Pelosinin Tayvana səfəri .
Bununla Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşdi. Pekin bu səfəri “Vahid
Çin” prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab etdi,
bölgədə bir sıra hərbi təlimlərə başladı.

3 avqust – Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvlərinə qarşı“Qisas” əməliyyatı həyata keçirib.
Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yayılan bəyanatında qeyri-qanuni
erməni silahlı dəstələrinin üzvlərinin ordumuzun bölmələrinə qarşı
terror-təxribat əməli törətdiyini, nəticədə hərbi qulluqçumuz əsgər Kazımov
Anar Rüstəm oğlunun şəhid olduğunu bildirib. Azərbaycan Ordusu bölmələrinin
keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik
Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

12 avqust – hind əsilli britaniyalı yazıçı, “Buker” mükafatı laureatı Salman
Rüşdi Nyu-Yorkda təhsil mərkəzində çıxış etməyə
hazırlaşarkən 24 yaşlı nyu-cersili Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb.
Yazıçı sui-qəsdə cəhd nəticəsində bir gözünün görmə qabiliyyətini itirib və bir
qolundanistifadə edə bilmir .

14 avqust – İrəvanda “Surmalu” bazarında
partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, onlarla insan yaralanıb,
bir nəfər isə itkin düşmüş hesab olunur.

26 avqust – Laçın şəhəri ətraf kəndlərlə
birlikdə Azərbaycan Ordusunun nəzarətinə qayıtdı. Azərbaycan Ordusu Laçın
şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq.
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə
götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!
— İlham Əliyev (@azpresident) August 26, 2022

Sentyabr

5 sentyabr – Liz Trass Böyük Britaniyanın yeni
baş naziri təyin edildi. Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu
vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci), kraliça II Elizabetin dövründə isə
15-ci baş nazir oldu. O, həmçinin Marqaret Tetçer (1979-1990) və Tereza Meydən
(2016-2019) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın idi.

8 sentyabr – Böyük Britaniya kraliçası II Elizabet Şotlandiyanın Balmoral
qəsrində 96 yaşındavəfat etdi . Kraliça 1952-ci il
fevralın 6-dan70 il 214 gün taxtda oturub, bu,
kraliça Viktoriyanın hakimiyyətindən, demək olar ki, yeddi il çoxdur. Böyük
Britaniyanın yeni monarxı mərhum kraliçanın böyük oğluIII Çarlz
oldu.

12 sentyabr – gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın
istiqamətlərində genişmiqyaslıtəxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı
alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi
qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Ordusunun həyata keçirdiyiqətiyyətli cavab tədbirləri
zamanı Ermənistanın təxribatının qarşısı
alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim
yüksəkliklər nəzarətə götürülüb. Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki
minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod
istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya
məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri
darmadağın edilib. Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.

16 sentyabr – baş örtüyünü düzgün bağlamadığına görə saxlanılan 22 yaşlı Məhsa
Əmininin ölümü ilə İranda bu günə qədər davam
edən aksiyalara başlanıldı.

21 sentyabr – Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən
səfərbərlik elan edib.

26 sentyabr – İjevsk (Rusiya) məktəbində qətliam
. Məktəbin məzunu 1988-ci il təvəllüdlü Artyom Kazantsev sinif otağına girərək
iki tapançadan açdığı atəş nəticəsində 7-15 yaşlarında 11-i uşaq olmaqla 17
nəfər həlak olub, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan sonra o,
dördüncü mərtəbədəki kabinetə girərəkintihar edib .

26 sentyabr – “Nord Stream Aktiengesellschaft” şirkətinin “Şimal axını-1” və
“Şimal axını-2” qaz kəmərlərindəqəza . İsveç
Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü
sualtı partlayışın qeydə alındığını söyləyib. Qəza yerində partlayıcı maddələrin
izləri aşkar edilib.

Oktyabr

1 oktyabr – İndoneziyada futbol stadionunda izdiham
nəticəsində faciə. Basabas nəticəsində 182 nəfər
ölüb, 309 nəfər yaralanıb.

6 oktyabr – Tailandda uşaq mərkəzinə hücum.
Silahlı şəxs qarşısına çıxanları gülləbaran edib. Nəticədə azı 34 nəfər həlak
olub, onlardan 22-si uşaqdır.

8 oktyabr – Krım körpüsündə partlayış .

14 oktyabr – Türkiyənin Bartın vilayətinin
Amasra rayonunda mədəndə partlayış. Faciə zamanı yerin altında 115 nəfər olub.
Onlardan 41-i həyatını itirib.

20 oktyabr – Liz Trass Mühafizəkarlar
Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifələrindən istefa
verdi. O, Britaniya tarixində ən qısamüddətli baş nazir oldu.

26 oktyabr – İranın Şiraz şəhərində ziyarətgaha 20 nəfərin ölümü, 40 nəfərin
yaralanması ilə nəticələnənsilahlı basqın .
Terrorda məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürdü.

28 oktyabr – Amerikalı milyarder İlon Mask 44 milyon dollara “Twitter”i aldı
.

29 oktyabr – Seulda “Hellouin” bayramında faciə.
Bayram zamanı yaranan basabasda 156 nəfər həlak oldu.

30 oktyabr – Hindistanın Morvi şəhərində kanatlı körpü
uçdu, azı 141 nəfər həlak oldu.

Noyabr

1 Noyabr – İsraildə keçirilən parlament seçkilərində keçmiş baş nazir Benyamin
Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasıqalib gəldi
.

3 Noyabr – Pakistanda Qucranvala rayonunda yürüş zamanı keçmiş baş nazir İmran
Xana sui-qəsd cəhdi. Odlu silahla hücum zamanı
sabiq hökumət başçısı da daxil olmaqla 13 nəfər yaralandı, bir nəfər isə həlak
oldu.

5 noyabr – Rusiyada Kostroma vilayətində azərbaycanlıya məxsus
“Poliqon” gecə klubunda yanğın baş verib.
Hadisəyə səbəb 23 yaşlı Stanislav İonkinin müştərilərlə mübahisədən sonra
tavana ovda istifadə olunan siqnal qurğusundan (fişəng)atəş açması olub
. Bundan sonra o, hadisə yerindən qaçıb. Klubda
baş verən faciə nəticəsində 15 nəfər həlak olub.

15 noyabr – Dünya əhalisinin sayı səkkiz milyard
oldu.

20 noyabr – Qətərdə Dünya Çempionatı başladı.

Dekabr

5 dekabr – G7 ölkələri, Aİ və Avstraliya Rusiya neftinin qiymətinin bir barel
üçün 60 dollartavan qiymətini tətbiq edib.

7 dekabr – Peruda siyasi böhran : parlamenti
buraxmaq üçün uğursuz cəhddən sonra prezident Pedro Kastilyo hakimiyyətdən
uzaqlaşdırıldı və həbs edildi, onun yerini vitse-prezident Dina Boluarte tutdu
və o, ölkənin ən yüksək vəzifəsində ilk qadın oldu.

12 dekabr – Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət
təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti
altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə
Xankəndi-Şuşa yolunda etiraz aksiyasına
başladılar.

12-13 dekabr – Konqo Demokratik Respublikasında leysan yağışlar nəticəsində
141 nəfərin ölümü ilə nəticələnən güclü daşqınlar. Təbii fəlakət nəticəsində
paytaxt Kinşasa suyun altında qalıb, yollar, infrastruktur və bir çox yaşayış
binaları dağılıb. Ümumilikdə 12 milyon insan daşqınlardan zərər çəkib.

18 dekabr – Qətərdə keçirilən dünya çempionatının finalı
. Argentina millisi finalda Fransa yığmasına
penaltilər seriyasında qalib gələrək (əsas hesab 3:3) 3-cü dəfə çempion olub.
Final oyunu Lusail şəhərindəki Milli Stadionunda keçirilib.

21 dekabr – Vasif Talıbov Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib. Rəsmi qərarı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov
imzalayıb.

29 dekabr – futbol üzrə üçqat dünya çempionu Pele
vəfat edib. Uzun müddət bağırsaq xərçəngindən zəiyyət çəkən 82 yaşlı korifey
futbolçunun səhhəti son həftələrdə koronavirusa yoluxması ilə daha da
ağırlaşmışdı. Onun ölümü ilə əlaqədar vətəni Braziliyadamatəm
elan olunub. Qeyd edək ki, peşəkar karyerası
ərzində Pele 1 363 matçda 1 281 qol vurub. O, “Santos”un heyətində 1 116 oyunda
1 091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.

31 dekabr – 265-ci Roma Papası XVI Benedikt
vəfat etdi. Alman kardinal, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə
sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq
taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik
olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə
etmək üçün gücünün olmaması ilə izah etmişdi.

Emilya Tağıyeva


Source link