0b48b227-d40a-4da5-93a9-ca1f630a4354..jpg

2022-ci ildə iş günü hesab edilməyən neçə istirahət günü var? – FOTO

Baxış sayı: 2. 287 dəfə baxılıb.

2022-ci ildə iş günü hesab edilməyən neçə istirahət günü var? – FOTO

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı
və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104
istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə
üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram
(7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü var.

Bu barədə Cixisyolu.com-a Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan,
gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40
saatdan artıq ola bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq
iş günü hesabından müəyyən edilir. Cari il üçün 40 saatlıq iş həftəsində iş
vaxtının illik norması 1921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən, həftəlik norma 40 saat olduqda
gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü
olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Eyni zamanda altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində
çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921
saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Könül Cəfərli

Source link