953b768e-b0d4-4fa8-9c30-e24bdce0febc..jpg

2022-ci ilin ən populyar film və serialları – SİYAHI + FOTO

Baxış sayı: 2. 231 dəfə baxılıb.

2022-ci ilin ən populyar film və serialları – SİYAHI + FOTO

“Netflix” yayım platforması 2022-ci il üçün ən uğurlu film və serialların
reytinqini açıqlayıb.

İngilis dilində ən çox baxılan bədii filmlər siyahısına Kris Evans və Rayan
Qoslinqin baş rollarda çəkildikləri “The Grey Man” filmi başçılıq edir.
Yayımlandığı ilk üç həftədə film 253,87 milyon saat izlənilib.

Onun ardınca “The Adam Project” (233,16 milyon saat), “Purple Hearts” (228,69
milyon saat), “Hustle” (198,31 milyon saat) və “The Tinder Swindler” (172,13
milyon saat) gəlir.

Daffer qardaşlarının “Stranger Things” filmi isə ən yaxşı teleseriallar
reytinqinə liderlik etməkdə davam edir: premyeradan sonra 28 gün ərzində
dördüncü mövsüm 1,35 milyard saatdan çox baxış toplayıb.

İlk beşliyə həmçinin “Wednesday” (1,237 milyard saat), “Monster: The Jeffrey
Dahmer Story” (856,22 milyon), “Bridgerton” serialının ikinci sezonu (656,26
milyon) və “Inventing Anna” (511,92 milyon) daxildir.

Mənbə: Gazeta.ru

Source link