d5d6c3bd-1894-46d4-87a5-54afc4ff847c..jpg

2023-cü ildə həyatını itirən məşhurlarımız – FOTO/VİDEO

Baxış sayı: 480 dəfə baxılıb.

2023-cü ildə həyatını itirən məşhurlarımız – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü il ilə vidalaşırıq. İlin bitməsinə sayılı günlər qalıb. Hər il olduğu
kimi geridə qoyacağımız ildə də tanınmış şəxsiyyətləri itirdik.

Cixisyolu.com-ın əməkdaşı bu il vəfat edən tanınmışların siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

Əməkdar artist, tanınmış aktrisa, hər kəsin “Toppuş bacı” kimi sevdiyi Tünzalə
Əliyeva yanvar ayının 22-də uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib.

O, 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq
görülüb.

Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Seyidov uzun sürən
xəstəlikdən fevral ayının 1-də 80 yaşında vəfat edib.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru və
professoru, SSRİ Bəstəkarlar İttifaqının üzvü olub.

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva fevral
ayının 5-də qaraciyər sirrozundan dünyasını dəyişib.

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev fevral
ayının 19-da ürəktutmadan dünyasını dəyişib.

Xalq artisti, Azərbaycanın kino və teatr aktyoru Ramiz Novruz fevral ayının
20-də uzun sürən xərçəng xəstəliyindən sonra 68 yaşında vəfat edib.

O 1993-cü ildə Azərbaycan Respublikasının “Əməkdar artisti” və 1998-ci ildə
Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına layiq görülüb.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı
ildəvə 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb. 9 may 2018-ci
ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 29
oktyabr 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
təltif edilib.

Azərbaycanın xalq artisti, Prezident mükafatçısı, bas opera müğənnisi Əli
Əsgərovfevralın 23-də dünyasını dəyişib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən 14 sentyabr 1998-ci ildə
Azərbaycanın Respublikasının əməkdar artisti fəxri adına, 14 sentyabr 2012-ci
il tarixində isə Azərbaycanın Respublikasının Xalq artisti fəxri adına layiq
görülüb.

30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7
may 2020, 7 may 2021 və 10 may 2022-ci il tarixlərində incəsənət xadimlərinə
Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Prezident
mükaftlarına layiq görülüb.

Din xadimi, ilahiyyatçı Şahin Həsənli (Hacı Şahin) mart ayının 2-də qəfil ürək
çatışmalığından 49 yaşında dünyasını dəyişib.

O, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini
təsisçisi və sədri (2007-2023), Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu
üzrə nümayəndəsi (2014-2023), QMİ-nin Qazilər şurasının sabiq üzvü olub.

Əməkdar artist Yasəf Eyvazov mart ayının 7-də vəfat edib.

.Rejissor, tanınmış prodüser, “Soy” prodakşının rəhbəri Oqtay Əliyev mart
ayının 22-də yol qəzasında qəfil ürək tutmasından 54 yaşında dünyasını dəyişib.

1998-ci ilin oktyabr ayının 5-də yaradılan “SOY production” şirkətinin
təsisçisi və prezidenti idi. “Ən yaxşı ssenariyə görə” I Audiovizual festival,
Bakı- 2001, “Ən yaxşı animasiya işinə görə” III Beynəlxalq Audiovizual festival
Bakı- 2003 mükafatlarını qazanmışdır. Oqtay Əliyev 2020-ci ildə “Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və
direktoruAzər Paşa Nemətov aprelin 9-da vəfat edib.

O, 20 mart 1987-ci il “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 24 dekabr
2002-ci il “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

11 avqust 2007-ci il “Şöhrət”, 12 avqust 2022-ci il “Şərəf”, 11 avqust 2017-ci
il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 1 aprel 2005-c
ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının rejissoruİranə Tağızadə aprelin 9-da 65 yaşında ürəktutmasından vəfat
edib.

Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi.
2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014 6 may 2015-ci
ildə, 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018, 10 may 2019. O, Azərbaycan
Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi.

Məhşur qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Aftandil
İsrafilovaprel ayının 29-da uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna
xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri
adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Əməkdar artist Elxan Qasımov may ayının 29-da dünyasını dəyişib. Aktyorun ölüm
səbəbi aorta anevrizmasının partlaması olub.

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil
ürəktutmasından vəfat edib.

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva iyul ayının 20-də
uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov iyul ayının 31-də 64 yaşında
İstanbulda vəfat edib.

Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov avqust ayının 1-də 77
yaşında dünyasını dəyişib.

Əməkdar memar Feyzulla Quliyev avqustun 7-də dünyasını dəyişib.

SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı
müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il sərəncamı ilə ona
Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə “Azərbaycan
Respublikasının əməkdar memarı” fəxri adı verilib.

Əməkdar artist, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aliyə
Ramazanovasentyabr ayının 1-də 82 yaşında dünyasını dəyişib.

Aktrisa, rəssam Alagöz Salahova sentyabr ayının 19-da uzun sürən xəstəlikdən
sonra 70 yaşında vəfat edib.

Əməkdar artist Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanoğlu sentyabr ayının
19-da vəfat edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva səhhətində
yaranmış ciddi problemlərlə əlaqədar sentyabr 28-də 48 yaşında dünyasını
dəyişib.

Azərbaycanın əməkdar mədəniyyət işçisi Əsəd Əsədov sentyabr ayının 23-də 76
yaşında vəfat edib.

“Şöhrət” ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev oktyabrın 2-də vəfat
edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt
Yusifzadə3 oktyabr 2023-cü ildə dünyasını dəyişib.

Tanınmış diktor Ramiz Qafarov oktyabr ayının 26-da ürəktutmasından dünyasını
dəyişib.

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev 10 noyabr 77
yaşında vəfat edib.

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dekabr ayının 8-də vəfat edib.

Tanınmış diplomat Azərbaycanın Çin, Vyetnam, Cənubi Koreya, Şimali Koreya və
Monqolustandakı səfiri vəzifələrini yerinə yetirib.

Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident
təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artistiRamiz Məlik dekabrın 14-də 80 yaşında
vəfat edib.

Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə dekabr ayının 21-də 57 yaşında
qəfil vəfat edib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə
tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri
vəzifəsində çalışırdı.

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva dekabrın 23-də 74
yaşında dünyasını dəyişib.

Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir
ayağı amputasiya edilmişdi. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru
olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Nəzrin Vahid


Source link