2023-ün sonuncu köç karvanı Laçın şəhərinə çatıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 28-də yola salınan növbəti köç
karvanı Laçın şəhərinə çatıb.
Bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən məlumat verilib.
Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
06:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Cixisyolu.com xəbər verir ki, dekabrın 28-də daha 25 ailə – 80 nəfər doğma yurduna
köçürülür.
Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə
rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron
rayonunda məskunlaşmışdı.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63
nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış
kompleksindən yola salınıb.
Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola
salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.
Beləliklə, bu gün doğma yurdlarına yola düşən keçmiş məcburi köçkünlər də
nəzərə alınmaqla Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi məskunlaşması
təmin edilib.
Qeyd edək ki, bu, 2023-cü ilin son köç karvanıdır. Keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıtması prosesi 2024-cü ildə də davam etdiriləcək.
Daha çox foto burada: PhotoStock.Az
Aytac Qasımova