0a7b7125-0477-4dd6-8e9a-2e4d3cf3cd0f..jpg

2024-cü ildə “Araz Vadisi İqtisadi Zonası”nda yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırlır – FOTO

Baxış sayı: 782 dəfə baxılıb.

2024-cü ildə “Araz Vadisi İqtisadi Zonası”nda yeni müəssisələrin fəaliyyətə
başlaması planlaşdırlır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2024-cü ildə fəaliyyətə
başlaması planlaşdırılan iki müəssisə tərəfindən ümumilikdə Sənaye Parkına 11
milyon manatdan çox investisiyanın yatırılması 150-dək iş yerinin yaradılması
nəzərdə tutulur.

İZİA-dan verilən məlumata görə, 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması
planlaşdırılan “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC Sənaye Parkının 5 hektar
ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların
istehsalını həyata keçirəcək müəssisənin qurulması istiqamətində artıq işlərə
başlayıb. Hazırda ərazidə planlama, qazma işləri görülür.

İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin
edilməsi nəzərdə tutulur.

Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən
“Revival P” və Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı
həyata keçiriləcək. Eyni zamanda zavodda bu texnikalara servis xidməti də
fəaliyyət göstərəcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikaların
istehsalı planlaşdırılır. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş
ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək.

2024-cü ildə Sənaye Parkının ərazisində “Holcim Azerbaijan” ASC tərəfindən
birinci mərhələdə həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi
planlaşdırılır. İkinci mərhələdə isə şirkət tərəfindən əmtəə beton və quru
yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya
dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insanın daimi işlə təmin
olunacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satışı həyata
keçiriləcək.

Sənaye Parkında ilk dəfə olaraq “Holcim Azerbaijan” ASC tərəfindən “geobrik”
kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın
tikintisində bu kərpiclərdən istifadə edilir. Növbəti mərhələdə sözügedən
kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində
geniş istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, “Holcim Azerbaijan” ASC
tərəfindən Azərbaycanda “geobrik” kərpiclərin istehsalına ilk dəfə başlanılıb.

Source link