69f94db2-f3a1-440b-b0ee-bc23ce761f7e..jpg

2024-cü ildə hansı məhsullar bahalaşa bilər? – VİDEO

Baxış sayı: 656 dəfə baxılıb.

2024-cü ildə hansı məhsullar bahalaşa bilər? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq.

Bu, Vergi Məcəlləsinə növbəti dəfə ediləcək dəyişiklikdə nəzərdə tutulur.

Həmçinin işçilərinin orta aylıq sayı üçdən az olan və məcburi dövlət sosial
sığorta haqları üzrə borcu olan mikrosahibkarlar gəlirlərinin beş faizi yox, 20
faizi qədər vergi ödəyəcəklər.

Bəs Vergi Məcəlləsinə ediləcək bu və ya digər dəyişikliklər qiymət artımına
səbəb ola bilərmi?

İqtisadçı Əyyub Kərimli bildirib ki, sözügedən dəyişiklik siqaret və içkilərdə
qiymət artımına müəyyən təsirləri olacaq:

“Lakin digər ərzaq məhsullarının istehlak səbətinin qiymətinin artmasına elə
bir əhəmiyyətli təsiri olmayacaq. Çünki spirtli içkilər və tütün məhsulları
istehlak səbətinə daxil deyil”.

Əyyub Kərimli hesab edir ki, vergi dərəcəsinin artırılması mikrosahibkarları
qeydiyyatsız işçilərlə əmək müqaviləsi bağlamağa sövq edəcək. Əks halda
sahibkarlar daha çox vergi ödəməli olacaqlar. İqtisadçı Rəşad Həsənov isə belə
düşünmür:

“Aksiz vergilərinin artması tütün məhsullarının və spirtli içkilərin
qiymətinin artması ilə nəticələnəcək. Bu, özünü 0,5 litrlik spirtli içkilərdə
40 qəpik, bir litrliklərdə isə 80 qəpik ətrafında özünü göstərəcək.

Tütün məhsullarında isə bir paket üçün 10-15 qəpik əlavə xərc yaradacaq. Eyni
zamanda sahibkarların vergi yükünün 4 dəfə artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, bu da dolayı yolla qiymətlərin artmasına səbəb ola
bilər. Amma bununla yanaşı, Məcəlləyə ediləcək dəyişikliklər arasında
sahibkarların vergi yükünün azaldılmasına imkan verən müddəalar olduğu da
bildirilir. Bunlardan biri regionlarda yerləşdirmə fəaliyyəti göstərən
müəssisələrin əmlak vergisinin 75 faiz azaldılmasıdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link