2026-cı ilin sonuna qədər Füzulidə 10 kəndin bərpa olunması planlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Böyük Qayıdış” I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna qədər Füzuli
rayonunda Füzuli şəhəri və 10 kəndin bərpa olunub təhvil verilməsi nəzərdə
tutulub”.
APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, sözügedən şəhər və 10 kənddə ümumilikdə 22 000 nəfərə
qədər əhalinin məskunlaşması planlaşdırılır.