2040-cı ilə qədər Bakıda istilik enerjisinin sərfiyyatı dörd dəfədən çox
artacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2040-cı ilə qədər Bakı şəhərində istilik enerjisinin sərfi 6 milyon 466 min
913 MVt-a çatdırılacaq.
“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair
Baş planında əksini tapıb.
Sənədə əsasən, bu 2020-ci ilin (planın hazırlama vaxtı) göstəricisindən 5
milyon 11 min 253 MVt və ya 4,4 dəfədən çoxdur.
2027-ci ildə bu rəqəm 3 milyon 25 min 95 MVt olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, gələcəkdə şəhərin istilik təchizatı sisteminə təsir edə biləcək
bir çox amillər mövcuddur. Bu amillərdən biri əhali artımı, enerji səmərəliliyi
standartlarıdır. Bu standartlar həm mövcud istilik təchizatı sisteminə, həm də
yeni sistemlərə qoşulan yeni binalara tətbiq edilməlidir. Standartların tətbiqi
istilik tələbatının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq.
Bundan başqa, yeni salınan yaşayış massivlərində istilik və elektrik
təchizatının təmin edilməsi üçün birgə istehsal qurğularının tikintisi nəzərdə
tutulub.