646c3fc4-c3b7-491f-b186-d192733dff84..jpg

21 yaşayış məntəqəmizin işğaldan azad edilməsindən üç il keçir – SİYAHI + FOTO

Baxış sayı: 633 dəfə baxılıb.

21 yaşayış məntəqəmizin işğaldan azad edilməsindən üç il keçir – SİYAHI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan ordusunun bir sıra yaşayış məntəqələrini Ermənistanın
işğalından azad etməsindən üç il keçir.

Cixisyolu.com xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 21-də
Azərbaycan ordusu Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində növbəti
qələbəyə imza atıb.

Həmin gün Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərində işğala
son qoyulub.

Cəbrayılın isə Balyand, Papı, Tulus, Tinli kəndləri işğaldan azad edilib.

Həmin gün Zəngilanın Mincivan qəsəbəsi, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl,
Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan,
Məlikli, Üdgün və Baharlı kəndləri işğaldan azad olunub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.

Source link