51c684de-a532-43bf-bc84-2b9e7d224695..jpg

22 yaşlı arvadını iplə boğub öldürən kişinin işinə Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Baxış sayı: 1. 038 dəfə baxılıb.

22 yaşlı arvadını iplə boğub öldürən kişinin işinə Ağır Cinayətlər
Məhkəməsində baxılacaq

Yevlaxda arvadını öldürən Anar Salmanovun cinayət işi üzrə ibtidai istintaq
başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması
üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaliq Məmmədovun
icraatına verilib.

Qeyd edək ki, Yevlax Rayon Prokurorluğuna 2022-ci il noyabrın 19-da saat 6
radələrində 22 yaşlı Nuridə Salmanovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı zərərçəkmişin əri, 29 yaşlı Anar Salmanovun şəxsi
münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə
Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Anar Salmanov şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb edilib.

Source link