22 yaşlı futbolçu iki nəhəng klubun hədəfindədir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Everton”un 22 yaşlı yarımmüdafiəçisi Amadu Onana “Mançester Yunayted” və
“Barselona”nın hədəfindədir.
Xəbəri verən mənbə iddia edib ki, “Mançester Yunayted” belçikalı futbolçunun
çıxışlarını izləməkdə davam edir. “Barselona”nın mütəxəssisləri isə artıq
futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar.
Öz növbəsində “Everton” istedadlı futbolçuya görə 55 milyon avro tələb edir.
Mənbə: Footmercato