Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Report xəbər verir ki, 1997-ci il təvəllüldü Quliyev Məmmədəli üçüncü mərtəbədən yerə yıxılıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub.