4fd5216d-931e-4b53-9367-0ca0bfe7c121.jpg

220 biznes planının hazırlanması üçün sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək göstərilib

Baxış sayı: 167 dəfə baxılıb.

Biznes planının hazırlanmasına İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz dəstək göstərilir.

Cixisyolu.com xəbər verir ki, bu barədəi KOBİA məlumat yayıb.

Qeyd olunub ki, cari ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes planı hazırlanaraq
sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib. Bu biznes
planları Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni
biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini
nəzərdə tutur. Biznes planlarının əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə
edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz,
Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlarından
73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA
sahibkarlar üçün 1 555 biznes planının hazırlanmasına dəstək göstərib.

Qeyd edək ki, KOBİA tərəfindən biznes planının hazırlanmasına ödənişsiz dəstək
göstərilir. Bu iş agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət
göstərən KOB İnkişafı Mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki,
KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və
biznesə başlayan şəxslərə biznes planının hazırlanması istiqaməti üzrə təlimlər
keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin
mütəxəssisləri tərəfindən biznes planının hazırlanmasına dəstək təmin olunur.
Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planının hazırlanmasına
dəstək üçün KOBİA-ya ([email protected]

yahttps://smb.gov.az/az/contact-form/aze-citizen
linki üzərindən) müraciət edə
bilərlər.

Source link