ABŞ-ın Alabama ştatında ölüm hökmü verilmiş məhbus 23 il edamını gözlədikdən sonra intihar edib.
ÇıxışYolu.Com “Al.com” nəşrinə istinadla xəbər verir ki, 57 yaşlı Ceffri Linn Borden saxlanıldığı kamerada ölü tapılıb.
Ona 1995-ci ildə keçmiş arvadını və qayınanasını uşaqların gözləri önündə qətlə yetirməkdə təqsirli bilinərək, ölüm hökmü verilib.
Vəkillərin sözlərinə görə, son illər o, psixi pozuntudan və xroniki xəstəlikdən əziyyət çəksə də, heç bir müalicə almayıb.
Məlumatlara görə, onun edamı oktyabrın 5-nə planlaşdırılmışdı.