26e83bdc-386a-4cd7-9bdc-51bab3b0e44d..jpg

23 illik həbs cəzasına məhkum edilən sabiq Hollivud prodüseri azadlığa buraxılacaq?

Baxış sayı: 836 dəfə baxılıb.

23 illik həbs cəzasına məhkum edilən sabiq Hollivud prodüseri azadlığa
buraxılacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-York ştatının ali məhkəməsi Hollivud prodüseri Harvi Vaynşteyni
cinsi zorakılıqda təqsirli bilən aşağı instansiya məhkəməsinin qərarını ləğv
edib.

Qeyd olunur ki, onun 23 il həbs cəzası ləğv edilib.

Vaynşteynin apellyasiya şikayətinə baxan məhkəmə 2020-ci ildə səs-küylü
mühakimə zamanı ciddi qanun pozuntularına yol verildiyi barədə qərar verib.
Xüsusilə, ali məhkəmə qadınların işin tərkib hissəsi olmayan ittihamlarla ifadə
verməyə icazə verilməsi barədə qərarının qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında Harvi Vaynşteyn 2013-cü ildə iki
zorlama və 2006-cı ildə cinsi zorakılıq ittihamı ilə 23 il həbs cəzasına məhkum
edilib. 2023-cü ilin fevralında keçmiş kinoprodüser 2013-cü ildə Los-Ancelesdən
olan aktrisa Ceyn Douya təcavüzə görə əlavə 16 il həbs cəzasına məhkum edilib.
Buna görə də, Vaynşteyn ilk hökmünə yenidən baxış keçiriləcəyinə rəğmən həbsdə
qalır.

Mənbə: apnews.com

Source link