Üzgüçülük üzrə 23-qat olimpiya çempionu Maykl Felps bəyan edib ki, depressiyadan əziyyət çəkir.
Bu barədə ÇıxışYolu.Com Sport24-ə istinadən xəbər verir.
“İki yaxud üç həftə əvvəl güclü depressiyaya düşdüm. Bu, bütün ömrüm boyu davam edəcək şeydir, lakin özümü nə qədər yaxşı tanısam, bunun nə üçün baş verdiyini bir o qədər yaxşı anlayacağam.
Əvvəlcə psixoterapevtə getmək istəmirdim, sonra başa düşməyə başladım ki, məşqdən sonra yaxşı və sağlam oluram. Özüm haqqında çoxlu yeni şey öyrəndim.
Tokioda 2020-ci il Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırammı? Mən karyeramı yüksək nöqtədə bitirmişəm. Həyatımın bu səhifəsi bağlıdır”, – deyə, CNN Felpsdən sitat gətirir.