b7332931-752d-4bdf-9d0e-f94117f82014..jpg

23 yaşlı qızın intihara cəhdinin TƏFƏRRÜATI – “Instagram”dakı şəkilləri ilə şantaj edilib

Baxış sayı: 569 dəfə baxılıb.

23 yaşlı qızın intihara cəhdinin TƏFƏRRÜATI – “Instagram”dakı şəkilləri ilə
şantaj edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən
Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon
prokurorluğunda araşdırma aparılıb.

Bərdə Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla
İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “Instagram”
sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus
fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay
edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə
həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü
öldürmə həddinə çatdırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta
istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş
etdirməklə böhtan atma və ya təhqir etmə) maddələri ilə cinayət işi başlanaraq
istintaq aparılır.

Source link