235 kilo yararsız ət aşkarlandı

235 kilo yararsız ət aşkarlandı

Baxış sayı: 2. 703 dəfə baxılıb.

235 kilo yararsız ət aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirən zaman 235 kq istehlaka yararsız ət aşkar ediblər.

AQTA-dan verilən ən son məlumata görə, ilkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən,köhnə və zərərli olduğu ehtimal edilərək, heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu müəyyənləşib.