f1b6e7ff-e811-486d-bb87-306e9ec45d1f..jpg

24 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Baxış sayı: 2. 901 dəfə baxılıb.

24 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri
əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik
vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin,
11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə
metamfetam olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Source link