Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Xatırladaq ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici
alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat
etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri
tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü
Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.
Məlumata görə, qətl hadisəsi namusa görə baş verib. Mərhumun qohumları isə
bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra
məlum olacağını deyirlər.
Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia
edilənlər yalandır:
“Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar”.
Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması
böhtandır:
“Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir
problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb”.
Daha ətraflı Bakı TV-nin süjetində:
baş verib?
24 yaşlı gəncin müəmmalı sonu: Dəhşətli qətl qıza görə baş verib?