NATO-ya üzv olan 25-dən çox ölkə Britaniyada keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsi ilə əlaqədar rusiyalı diplomatları ölkədən qovmaq qərarına gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı Atlantik alyansın baş katibi Yens Stoltenberq səsləndirib.
Stoltenberq Rusiyanın NATO-dakı daimi nümayəndəliyinin əməkdaşlarının sayının ixtisar olunaraq 20-ə çatdırıldığını bildirib.
“Yeddi diplomatdan təsdiqlənmiş akkreditasiya geri alınacaq, üç nəfərin isə akkreditasiya ilə bağlı müraciəti rədd ediləcək”deyə NATO başçısı bildirib.