7cc61990-1948-440d-a90c-1a38c12a5356..jpg

25 il həbs həyatı yaşayan şəxs yenidən tutuldu – FOTO

Baxış sayı: 1. 039 dəfə baxılıb.

25 il həbs həyatı yaşayan şəxs yenidən tutuldu – FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar
törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi
müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf
edib.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr
aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış
evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan
vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli
rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da
müəyyən edilib.

Həmçinin, saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı
ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan
marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Source link