ca4a8831-fda4-44d2-ac94-3f5855fd57fd..jpg

25 min məcburi köçkünün “çörəkpulu” kəsilib? – AÇIQLAMA

Baxış sayı: 701 dəfə baxılıb.

25 min məcburi köçkünün “çörəkpulu” kəsilib? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb.

Bu barədə Yenisabah.az-a Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər
məlumat veriblər.

Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin
verilməsi may ayından etibarən dayandırılıb.

Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib.

Müvafiq dövlət qurumundan bildirilib ki, bu qərar Füzuli rayonunun işğal
altında olmayan ərazilərinin sakinlərinə şamil edilib.

Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər
olduğu bildirilib.

Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə
bağlı hər hansı məlumat verilməyib.

Source link