25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Cixisyolu.com xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki
şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust – Laçın Şəhəri Günü;
4 oktyabr – Cəbrayıl Şəhəri Günü;
17 oktyabr – Füzuli Şəhəri Günü;
20 oktyabr – Zəngilan Şəhəri Günü;
25 oktyabr – Qubadlı Şəhəri Günü;
8 noyabr – Şuşa Şəhəri Günü;
20 noyabr – Ağdam Şəhəri Günü;
25 noyabr – Kəlbəcər Şəhəri Günü.