28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

Baxış sayı: 2. 473 dəfə baxılıb.

28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. 

O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

www.ÇıxışYolu.Com