4374c692-f92d-4b28-9094-aabffe51e81e..jpg

28 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş

Baxış sayı: 811 dəfə baxılıb.

28 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda törədilmiş qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai
istintaqı başa çatıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il noyabrın 22-si rayonun Qazaxbəyli kəndi Yeni qəsəbə
ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon
prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə
ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu
bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.

Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü
(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan
edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link