59293cdd-583d-4539-83e6-ebee887bfe4b..jpg

29 görüşdə 20 qol: Bellinqhem “Real Madrid”də rekord qırdı

Baxış sayı: 639 dəfə baxılıb.

29 görüşdə 20 qol: Bellinqhem “Real Madrid”də rekord qırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madird”in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya La Liqasının 24-cü
turunda “Jirona” ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib. Görüş
zamanı britaniyalı yarımmüdafiəçi iki qola imza atıb.

Beləliklə də, Bellinqhem Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub və
8 məhsuldar ötürmə edib.

Bununla da o, əvvəllər “Real Madrid”də oynamış beş görkəmli futbolçunun qol
sayını ötüb: David Bekhem (13) , Maykl Ouen (13), Aryen Robben (11), Uesli
Sneyder (11) və Mikael Laudrup (12).

Qeyd edək ki, Bellinqhem bu mövsüm komandanın bombardiridir. Cud 21-ci əsrdə
bir La Liqa mövsümündə 15 qol həddinə çatan yeganə “Real Madrid”
yarımmüdafiəçisidir.

Mənbə: championat.com

Source link