29 nəfərə qarşı dələduzluq edən “vəzifəli şəxs” həbs olundu
Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri
barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında
araşdırma aparılıb.
Biləsuvar Rayon PIrokurorluğunda aparılan araşdırmalarla, 24 avqust 2021-ci il
tarixdən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin
özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq
Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib dövlət
özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin
edəcəyi barədə yalan vədlər verməklə 29 nəfərdən ümumilikdə 16 min manat
məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ
keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2,
178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci
(rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan
edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.