94eaf4d6-002e-4f62-a59e-1ddebe16ebcd.jpg

29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? – Qurumdan AÇIQLAMA

Baxış sayı: 370 dəfə baxılıb.

Tutacaqları qırılıb, ayaq qoyulan hissəsi kəndirlə bağlanıb, naqilləri də açıq
vəziyyətdə.

Əlilliyi olan 29 yaşlı Cavidan Gülüşlü ömrünü məhz bu təkərli araba ilə
birlikdə keçirir. Cavidanın illərdir birlikdə gəzdiyi təkərli yol yoldaşı nasaz
vəziyyətə düşüb.

Onun sözlərinə görə, arabasının bu vəziyyətdə olması onun işlərini
çətinləşdirib. Evdən çıxa bilməyən gəncin rahat hərəkət etməsi artıq müşkülə
çevrilib. O, başına gələnlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinə müraciət edib. Oradan isə ona
arabanı yeniliyə bilməyəcəklərini deyiblər. Buna səbəb kimi isə yenilənmənin 5
ildən bir olduğu qeyd edilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
bildirib ki, vətəndaşın probleminin həll olunmamasına səbəb onun rəsmi şəkildə
quruma müraciət etməməsidir.

Qeyd edilib ki, Cavidan Gülüşlü yaxın günlərdə yeni təkərli oturacaqla təmin
olunacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

29 yaşlı gəncin nasaz təkərli arabası niyə
dəyişdirilmir? – Qurumdan AÇIQLAMA
29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? – Qurumdan AÇIQLAMA

Source link