ABŞ-ın Kolorado universitetinin riyaziyyatçısı Aron Klauzet üçüncü dünya müharibəsinin başlanğıcı ilə bağlı optimal tarixləri açıqlayıb.
ÇıxışYolu.Com “RBK”-a istinadən xəbər verir ki, bu barədə “Science Advanced” jurnalında məqalə dərc olunub.
Alimin sözlərinə görə, hesablamalar üçün 1823-2003-cü illəri əhatə edən müddət ərzində müharibələrlə bağlı məlumatlardan istifadə olunub.
Bu müddət ərzində 95 iri miqyaslı beynəlxalq münaqişə baş verib ki, onların 5-i 1940-2003-cü illər ərzində qeydə alınıb.
Kompüter alqoritmi həmin dövrün müharibələrini təhlil edərək, onların tezliyi və miqyasını nəzərə alıb.
Təhlillərə görə 2150-ci ilə kimi ən iri beynəlxalq hərbi münaqişə baş verəcək.
Son yüzilliyin müharibə tendensiyasının dəyişilməsi üçün, “sülh müddəti”-nin 100 ildən 140 ilə qədər uzanması tələb olunur.