30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

Baxış sayı: 3. 934 dəfə baxılıb.

Düz 30 il əvvəl, 1988-ci il dekabrın 1-də dörd quldur Rusiyanın Vladiqafqaz bölgəsinin Orconikidze şəhərində məktəblilərin olduğu avtobusu girov götürüb. 

ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir ki, quldur dəstəyə soyğunçuluq, qarət və oğurluq maddələri üzrə üç dəfə həbs həyatı yaşayan erməni Pavel Yakşiyants başçılıq edib.

O, iki dəfə evli olub, bu evliliklərdən üç uşağı dünyaya gəlib və narkotik istifadəçisi idi. Dəstənin digər üzvləri Vladimir Muravlev, German VişnyakovVladimir Anastasov da narkotik isitfadəçiləri olub. 

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

1988-ci ilin dekabr günlərindən birində 42 saylı məktəbin dördüncü sinif şagirdləri ekskursiyaya aparılıb. Ekskursiyadan sonra onlar müəllimləri Natalya Efimova ilə birlikdə LAZ-687 markalı avtobusa yaxınlaşır və ona minirlər. 

Hamı avtobusa əyləşdikdən sonra məlum olur ki, avtobus narkotik quldurları tərəfindən ələ keçirilib. 

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

Dördüncü sinif şagirləri və müəllim bir sutka xilas edilmələrini gözləyiblər, cinayətkarlar şəxsi təyyarə və girovların buraxılması üçün üç milyon dollar pul tələb edirdi. Uşaqlara qarşı bu cür cinayətləri Sovet İttifaqı görməmişdi.

Quldurlar İsrailə uçmaq istəyirdilər. Əks halda onlar uşaqların başlarını kəsəcəklərini bildirmişdilər. Hər 20 dəqiqə gecikmə üçün bir uşağın başı kəsiləcəkdi. Əgər nəsə düz getməsə, avtobus partladılacaqdı. 

Uşaqlar, müəllim və terrorçulardan başqa avtobusda dəstənin rəhbərinin arvadı Tamara Fotaki və onun övladı da vardı. Quldurlar uşaqları şəhər mərkəzindəki meydanlardan birinə gətirdilər. 

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

Quldurların tələbləri yerinə yetirildikdən və girovlar azad edildikdən sonra cinayətkarlar İsrailə uçdular və Sovet tərəfinin tələbi ilə orada həbs edildilər. Onlar tutulan zaman milyon dollar rüşvət təklif etsələr də, rədd cavabı aldılar. 

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

1989-cu ildə Ali Məhkəmə onları 3-dən 15 ilədək azadlıqdan məhrum edib. Terrorçular artıq azadlıqdadır. 

Ən böyük cəza P.Yakşiyantsa verilmişdi. O, həbsxanada olan zaman bir neçə dəfə uğursuz qaçış planları hazırlayıb. Sonuncu cəhdindən sonra məhkəmə qarşısına çıxarılan Yakşiyants daha 15 il həbs cəzası alıb. 

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu girov götürmüşdü

www.ÇıxışYolu.Com