0b64d0ad-5440-477e-9f27-7cd073dc2be3..jpg

30 il əvvəl Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı ABŞ-dən AÇIQLAMA

Baxış sayı: 606 dəfə baxılıb.

30 il əvvəl Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmaq hüququ ilə
bağlı ABŞ-dən AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən
Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını
dəstəkləyir.

Bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ
tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara
dəstək verməyə hazır olub-olmaması ilə bağlı sual cavablandırılarkən bildirilib.

“Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı
olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli
sülh üçün şəraitin yaradılmasını dəstəkləyir”, – diplomatik missiyadan
bildirilib.

Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar
masasına oturmaqdır.

Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda
bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz
şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.

Source link