300 illik krallıq cəvahiri satışa çıxarılır - FOTO

300 illik krallıq cəvahiri satışa çıxarılır – FOTO

Baxış sayı: 2. 730 dəfə baxılıb.

Avropanın kral ailələri arasında əl dəyişdirən mavi qaş 300 il sonra ilk dəfə hərraca çıxarılaraq satılacaq.

ÇıxışYolu.Com xəbər verir ki, qaşın qiyməti 5,27 milyon dollardır, ölçüsü 6,16 karatdır.

Cəvahir 15 mayda hərraca çıxarılacaq.

Hindistandakı “Golcondo” mədənindən tapılan mavi qaş 1715-ci ildə İtaliyada doöulan İspaniya kraliçası Elizabet Farneseyə kral V Filiplə evlənərkən toy hədiyyəsi olaraq verilib.

Kraliçanın nəvələrinin Avropa içindəki izdivacları ilə qaş İspaniyadan Fransaya, İtaliyaya, Avstiyaya yeddi nəsil əl dəyişdirib.

Qaş II Çarlzın qalstuk iynəsi və Mariya Antuanettanın tacının ən dəyərli elementi olub.

İndi kraliçanın nəvələri qaşı Cenevrə şəhərindəki bir auksionda satmaq istəyirlər.

Mavi qaş auksiondan əvvəl London, Nyu-York, Sinqapur, Taypey və Cenevrədə sərgilənəcək.

www.ÇıxışYolu.Com