29705f10-d902-4868-b37e-75dd9191dcb5..jpg

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? – VİDEO

Baxış sayı: 776 dəfə baxılıb.

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir?
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

“İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” adlı süjetdə 10 minə
yaxın şagirdin iştirakı ilə baş tutan “Qərbi Azərbaycana qayıdış”
olimpiadasının Ermənistan mediasının əsas gündəm mövzusuna çevrildiyi, bu
olimpiadanın məqsədinin yeni nəslin diqqətini Qərbi Azərbaycana yönəltmək, onun
tarixinin öyrənilməsini təşviq etmək olduğu bildirilir.

Qeyd olunub ki, olimpiadanın erməni ictimai rəyinin yönləndirilməsinə səbəb
olub və Ermənistanın siyasi arenasına ciddi təsir edib: “Birbaşa təhsillə bağlı
olan və heç bir siyasi məqsəd daşımayan olimpiadanın Ermənistanda bu qədər
narahatlıq yaratması təsadüfi deyil. Azərbaycanın Qarabağ zəfərindən sonra
Qərbi Azərbaycana qayıdışın aktuallaşdığını yaxşı anlayırlar. Məhz bu reallığın
qarşısını almaq üçün Ermənistan hakimiyyətinin devrilməsini istəyirlər. Çünki
hazırkı hakimiyyət sülh danışıqlarından yanadır və gündəlikdəki əsas
mövzulardan biri azərbaycanlıların sivil və təhlükəsiz qaydada öz tarixi
yurdlarına qayıdışıdır”.

Diqqətə çatdırılıb ki, Ermənistan mediası İrəvanın hakim kuluarlarında
azərbaycanlıların qayıdışı məsələsinin artıq müzakirə edildiyini yazır: “Bu
yazılar bir daha təsdiq edir ki, rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda
azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı əsas müzakirə mövzularından
biridir. Qazaxda kəndlərin qaytarılmasından sonra yaranmış ictimai narazılıq
fonunda məsələ yenidən gündəmə gəlib və qayıdış məsələsinin reallıq olduğunu
ermənilər yaxşı anlayırlar. Erməni türkoloq, politoloq, kartoqraf və
jurnalistlər hakimiyyəti tənqid edərək bildirirlər ki, istənilən güzəşt
İrəvana, Zəngəzura qədər yeni tələblərə zəmin yaradacaq. Artıq yenilənmiş Qərbi
Azərbaycan xəritəsi var. Nikol hakimiyyətdə qalarsa, Ermənistan Qərbi
Azərbaycana çevriləcək. Qarabağdan gələn ermənilər də rəsmi Bakının icazəsi ilə
Qərbi Azərbaycanda yaşayacaqlar. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının
hazırlanması Prezident İlham Əliyevin növbəti tələbinin nədən ibarət olduğunu
göstərir. Növbəti mərhələdə anklav olan dörd kənd qaytarılacaq, sonra Zəngəzur
(Sünik) Azərbaycana təhvil veriləcək. Sonda isə Ermənistan yox olacaq”.

Sonda vurğulanıb ki, Ermənistanda ictimai müzakirələri formalaşdıran, hər şeyi
diktə edən tərəf Azərbaycandır: “Rəsmi Bakının diktə etdiyi məsələlərdən biri
isə azərbaycanlıların tarixi torpaqlarına qayıdışıdır. Erməni millətçilər məhz
bunun baş verəcəyini bildikləri üçün təşviş keçirirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link