a57f9f47-e2bd-4f44-8117-fd8cb6fb6565..jpg

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun məhkəməsi keçirilib

Baxış sayı: 841 dəfə baxılıb.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun
məhkəməsi keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən
Abşeron rayonunda sabiq məktəb direktoru Samirə Əkbərovanın cinayət işi üzrə
məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar
İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Esmira Mustafayeva ifadə
verib .

O bildirib ki, təqsirləndirilən şəxs onun bacısının qızıdır:

“Zərərçəkmişi çoxdan tanıyıram. Samirə mənim bacım qızıdır. Yarım saatdan
sonra Samirənin bibisi gəldi, birgə oturmuşduq. Birdən qapı döyüldü və səs-küy
eşitdim. Samirə o hay-küylə içəri girən qadınla aralarında mübahisə edib, ona
pulu və faizini uzadaraq daha onu narahat etməməsini dedi. O qadın isə dedi ki,
mən sələmin də sələmini səndən alacağam”.

Dindirilən şahid Firəngiz Quliyeva təqsirləndirilən şəxsin bibisi olduğunu
deyib:

“Qardaşım öldüyündən təqsirləndirilən şəxs Samirə Əkbərovaya tez-tez baş
çəkirdim. Aysel Məmmədova qardaşımın yas mərasimində də iştirak edib. Evdə olan
zaman qapı qəfil bərk döyüldü və zərərçəkmiş içəri daxil oldu. Onların mübahisə
etdiyini eşitdim. Daha sonra Samirə 100 manatlıq üç “paçka” və 50 manatlıq iki
“paçka”nı stola çırpıb ona olan borcunu ödədiyini dedi. Hadisənin
təfərrüatlarını soruşanda Samirə mənə dedi ki, sələmə pul almışam”.

Zərərçəkmiş şəxs Aysel Məmmədova isə deyib ki, hər iki şahidi tanımır və
onların dedikləri heç bir həqiqəti əks etdirmir.

Təqsirləndirilən şəxsin anası, şahid Səriyyə Quliyeva da ifadə verib. O,
qızının həbs xəbərini sonradan eşidib:

“Aysel Məmmədova mənə zəng edərək qızımın ona 200 min manat borcu olduğunu
deyib. Qızım məktəb direktoru işləyir və onun sələmə pullar götürdüyünü bildim.
Bunları da mənə qohumlarım dedi. Qızım mənə dedi ki, 40 min manat pul
götürmüşəm, sadəcə sələmlərini qaytarmaqda çətinlik çəkir”.

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Samirə Əkbərova biznes qurmaq adı ilə Aysel Məmmədovadan
ümumilikdə 300 min manat pul alaraq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi
ilə ittiham irəli sürülüb.

Source link