326597eb-08fd-4b2b-918e-22a4ebc7ab7a..jpg

31 Mart Soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib – FOTO

Baxış sayı: 1. 105 dəfə baxılıb.

31 Mart Soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun birlik,
birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart –
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Anım mərasimlərində əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın
ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirələri
bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında
Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı,
Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər
ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən
azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib. Ulu öndər Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin
Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının
əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin
xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması
istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıblar.

Anım tədbirlərində ədəbi-bədii kompozisiyalar, fotosərgilər, sənədli filmlər
nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri ziyarət olunub,
ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

Source link