5f5dad8a-84fd-426e-8dda-7f40912054c5..jpg

“31 Mart soyqırımı insanlığa sığmayan cinayətdir” – ŞƏRH + FOTO

Baxış sayı: 968 dəfə baxılıb.

“31 Mart soyqırımı insanlığa sığmayan cinayətdir” – ŞƏRH + FOTO

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının 105-ci
ildönümü olacaq. Bu, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə
siyasətinin bir hissəsi idi. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı
qətlə yetirilib. Yaşayış məntəqələrimiz, tarixi abidələrimiz, məscid və
qəbiristanlıqlarımız viran edilib.

Xatırladaq ki, son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu
sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi
məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov
un sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya
tarixində ən vəhşi bir cinayətdir:

“31 Mart soyqırımına siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin müstəqil
Azərbaycana rəhbərliyi dövründə verildi. 1998-ci il martın 26-da ulu öndər
Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Azərbaycanın
genosid konsepsiyası kimi qəbul edilib. Ulu öndərin Fərmanından irəli gələn
vəzifələrə əsasən, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox
yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.

Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı
dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu
sübuta yetirilib”.

Deputat qeyd edib ki, dünya miqyasında bu faciənin soyqırımı kimi tanıdılması
istiqamətində çoxsaylı aksiya və tədbirlər təşkil olunub, geniş təşviqat
xarakterli kampaniyalar davam etdirilir:

“Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama
əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda
deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor
təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən yad edilib”.

A.Hüseynov bu soyqırımı öz amansızlığı və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab etdiyini
bildirib:

“Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən
minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli
memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələrimizi
də yerlə bir ediblər. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə
xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə
qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri
dağıdılıb məhv edildi. Ermənilər uşaqlara, qocalara rəhm etmədilər. Bu, ötən
əsrin ən amansız soyqırımı kimi tarixə düşüb”.

Nəzrin Vahid

Source link