8e779b79-79ad-4bbe-8203-b3100ab57855..jpg

“3+3” formatında növbəti görüş yaxın vaxtlarda keçiriləcək – YENİLƏNİB

Baxış sayı: 2. 474 dəfə baxılıb.

“3+3” formatında növbəti görüş yaxın vaxtlarda keçiriləcək – YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey
Lavrov arasında telefon danışığını təfərrüatı açıqlanıb.

XİN rəhbərləri telefon söhbətində 2021-ci ilin dekabrın 10-da Moskvada
keçirilən Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın
inkişafı üzrə “3+3” formatının ilk toplantısını müsbət qiymətləndiriblər. Eyni
tərkibdə növbəti görüşün yaxın vaxtlarda hazırlanması barədə razılıq əldə
olunub.

Telefon söhbətində Rusiya XİN rəhbəri S.Lavrov Türkiyə və Ermənistan arasında
münasibətlərin normallaşdırılması üzrə səylərə dəstəyini ifadə edib.

14:36

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey
Lavrov arasında telefon danışığı olub.

XİN rəhbərləri telefon söhbətində ikitərəfli münasibətləri, qarşıdan gələn
NATO-Rusiya Şurası toplantısı, həmçinin Qazaxıstan, Bosniya və Herseqovina,
Qafqazdakı cari vəziyyəti müzakirə ediblər.

Mənbə: NTV

Source link