c54869ec-9690-4b57-8c77-f40174f62c27..jpg

35 gün əsirlikdə olmuş Vətən müharibəsi qazisi ata oldu – VİDEO

Baxış sayı: 639 dəfə baxılıb.

35 gün əsirlikdə olmuş Vətən müharibəsi qazisi ata oldu – VİDEO

44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadənin övladı dünyaya gəlib.

Bu barədə qazinin xanımının həkimi Nigar Əlizadə öz şəxsi “Instagram”
hesabından paylaşım edib.

Yeni doğulmuş körpəyə Xəlil adı verilib.

Öz körpəsini evə aparmaq üçün klinikaya gələn qazini həkim və işçi heyəti
alqışlarla yola salıblar.

Qeyd edək ki, 44 günlük Zəfər Savaşında tank mərmisinə tuş gələn 1999-cu il
təvəllüdlü leytenant Mobil Əhmədzadə hər iki ayağından yaralanmışdı. 5 gün
meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü. Əsirlikdə sağ
ayağı amputasiya olunan hərbçimiz 35 gün əsirlikdə qaldıqdan sonra Azərbaycana
qaytarılmışdı.


Source link